Azərbaycan cüdoçuları Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıblar.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan beynəlxalq toplanışda Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev daxil olmaqla 30 azərbaycanlı tatami ustası iştirak edir.
Bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur. Yanvarın 7-də başlayan hazırlıq prosesi 15-dək davam edəcək. Toplanışda ümumilikdə 44 ölkədən 848 idmançı iştirak edir.