Britaniyanın "FourFourTwo" portalı argentinalı hücumçu Lionel Messini tarixin ən yaxşı futbolçusu kimi tanıyıb.
Bakıvaxtı.az xəbər verir ki, reytinqdə ikinci yeri əfsanəvi braziliyalı Pele, üçüncü yeri isə Messinin həmyerlisi Dieqo Maradona, dördüncü yeri portuqaliyalı Kriştiano Ronaldo tutub. Messinin özünün bütün zamanların ən yaxşı oyunçusu olduğuna inandığı braziliyalı Ronaldo isə altıncı olub.