Belçikada 200 gündən artıqdır qurulmayan koalisiya danışıqlarında vəziyyət kritik həddə çatıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Belçika kralı hökumətin qurulmasına məsul olan De Veverin səlahiyyət müddətini sonuncu dəfə uzadıb.
Belə ki, əgər ayın sonuna kimi hökumət formalaşdırıla bilməsə, ölkəni növbədənkənar seçkilərin keçirilməsi ehtimalı gözləyir.
KİV-in məlumatına görə, bu hadisələrin Belçika siyasətində sonuncu kritik məqam olacağı gözlənilir.
Razılaşma əldə olunarsa, De Wever baş nazir olacaq və Belçikanın büdcə kəsirinin azaldılmasına yönəlmiş sağ mərkəzçi hökumətə rəhbərlik edəcək.
Əli Hüseynov