• Bakı C

    3.81 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Dörd ölkədən İrana ÇAĞIRIŞ: Məsuliyyəti üstünə götür!

DÜNYA

09 Yanvar 2025 | 00:47

Dörd ölkədən İrana ÇAĞIRIŞ: Məsuliyyəti üstünə götür!

İsveç, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə Ukrayna Hava Yollarına məxsus Boinq-737-800 təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenqard deyib.

“Biz istəyirik ki, İran vurulmuş təyyarə ilə bağlı bütün hüquqi məsuliyyəti üzərinə götürsün”, - deyə o bildirib.

2023-cü ilin iyul ayında Böyük Britaniya, Kanada, İsveç və Ukrayna İrana qarşı 2020-ci ildə Ukraynanın Boinq-737 sərnişin təyyarəsinin vurulması ilə bağlı BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb.

Ukrayna Hava Yollarının təyyarəsi 8 yanvar 2020-ci ildə Tehran hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin versiyasına görə, qəzanın səbəbkarı hava hücumundan müdafiə sisteminin operatorudur, çünki təyyarə düşmən hədəfi kimi tanınıb.

Qeyd edək ki, Tehran-Kiyev reysini icra edən Boinq-737-800 МАУ sərnişin təyyarəsinin vurulması nəticəsində göyərtədəki 176 nəfər ölüb.


SON XƏBƏRLƏR