• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Şərurda ev yandı

HADİSƏ

08 Yanvar 2025 | 19:08 | Müəllif: Subhan Mahmudov

Şərurda ev yandı

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Düdəngə kəndində fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb edilib. Yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 200 kvadratmetr yaşayış evinin 20 kvadratmetr hissəsi yanıb, 180 kvadratmetr hissəsi isə yanğından mühafizə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026