• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

BMT-dən Suriya ilə bağlı VACİB ÇAĞIRIŞ

DÜNYA

08 Yanvar 2025 | 15:06

BMT-dən Suriya ilə bağlı VACİB ÇAĞIRIŞ

Laerke Suriyada humanitar yardım məsələləri ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə nümayəndəsi Cens Laerke Suriyada fəaliyyət göstərən humanitar təşkilatların əsas prioritetinin insanların ən kritik ehtiyaclarını qarşılamaq olduğunu bildirib.

Onun sözlərinə görə, bu ehtiyaclara qida, sığınacaq, səhiyyə və təmiz su daxildir. Nümayəndə uzunmüddətli sabitlik üçün əsas xidmətlərin bərpası və insanların gəlir əldə etməsi üçün sərmayələrin vacibliyini vurğulayıb.

Laerke erkən bərpa fəaliyyətlərinin dəstəklənməsinin əhəmiyyətini qeyd edərək su ehtiyatlarının bərpası və suvarma sahəsinə sərmayə qoyulmasının önəmli olduğunu söyləyib.

Həmçinin, Suriyaya yönəldilən humanitar yardımların maliyyə məsələlərinə də toxunaraq 2024-cü ildə 10,8 milyon insanı dəstəkləmək üçün 4,1 milyard dollar müraciət edildiyini, lakin bunun yalnız 1/3 hissəsinin yerinə yetirildiyini vurğulayıb. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

08 Yanvar 2025