Prezident İlham Əliyev Ermənistanın işğal dövründə mədəni və dini abidələrimizi təhqirə məruz qoyduğunu Əli Əkbər Əhmədianın diqqətinə çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı təbriklərə görə təşəkkürünü bildirib.
Dövlət başçısı vurğulayıb ki, Ermənistan işğal dövründə Azərbaycanın həmin ərazilərini darmadağın edib, mədəni və dini abidələrimizi, o cümlədən məscidlərimizi təhqirə məruz qoyub, ibadət ocaqlarında donuz və inək saxlayıb.