• Bakı C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Əsədin arvadı Britaniya kəşfiyyatına işləyirmiş - ŞOK İDDİA

DÜNYA

09 Yanvar 2025 | 09:27

Əsədin arvadı Britaniya kəşfiyyatına işləyirmiş - ŞOK İDDİA

Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Esma Əsədin Britaniya agenti olduğu iddia edilib.

Bakıvaxtı.az Modern az-a istinadən xəbər verir ki, sözügedən iddia Britaniyada yerləşən "UK Declassified" nəşri tərəfindən irəli sürülüb.

Bildirilir ki, Əsma Əsədin 1990-cı illərdə İngiltərədə bu ölkənin kəşfiyyat qurumu olan MI5-in rəsmiləri ilə əlaqəsi olub və bu görüşlərdə siyasi məsələlər müzakirə olunub.

"O, həmçinin "Chesterfield Mayfair" otelində MI5-in baş meneceri Eliza Manningham-Buller ilə təkbətək görüş keçirib. Bu görüşdə Bəşər Əsəd də iştirak edib", - nəşri qeyd edib.

Məqalədə bildirilir ki, Bəşər Əsədin də İngiltərədə təhsil aldığı dövrdəki fəaliyyəti İngiltərə və Suriya kəşfiyyatı tərəfindən yaxından izlənilib.

Suriyalı yazıçı Nizar Nayufun dərc etdiyi sənədlərdə də xanım Əsədin Britaniya kəşfiyyat xidmətləri MI5 və MI6 ilə əlaqəli olduğu iddia edilib. İddialardan qeyd olunur ki, Əsma Əsəd həm evliliyindən əvvəl, həm də sonra Britaniya kəşfiyyatının tapşırığı ilə fəaliyyətlər həyata keçirib.


SON XƏBƏRLƏR