• Bakı C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Ostin: Kiyevə 2027-ci ilədək dəstək planları təsdiqlənib

DÜNYA

09 Yanvar 2025 | 17:27

Ostin: Kiyevə 2027-ci ilədək dəstək planları təsdiqlənib

Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə qrupun iştirakçıları Kiyevlə hərbi əməkdaşlığın səkkiz istiqaməti üzrə "yol xəritələri"ni təsdiqləyiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Ramşteyn aviabazasında qrupun 25-ci iclasının açılışında ABŞ-nin müdafiə naziri Lloyd Ostin bildirib.

"Bu gün 15 ölkənin nümayəndələrinin iştirakı ilə koalisiya qrupunun liderlərinin iclası keçirilib. Onlar 2027-ci ilədək "imkanlar koalisiyası"nın yol xəritələrini təsdiqləyiblər. "İmkanlar koalisiyası" vasitəsilə tərəfdaş ölkələr Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını daha da təmin edə bilərlər", - o vurğulayıb.


SON XƏBƏRLƏR

09 Yanvar 2025