• Bakı C

    11.98 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Ermənistanda namaz otaqları hazırlanır

DÜNYA

08 Fevral 2025 | 14:38

Ermənistanda namaz otaqları hazırlanır

Ermənistanın Turizm Komitəsinin rəhbəri Lusine Gevorqyan bu yaxınlarda otel sahibləri ilə görüşüb və onlara otellərində müsəlmanlar üçün ibadət otaqları hazırlamalarını tapşırıb.

Bakıvaxtı.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Gevorqyan namaz otaqlarının olmayacağı otellərin lisenziyasının ləğv ediləcəyini deyib:

“Bəzi otel sahibləri müəyyən edilmiş turizm standartlarında belə bir şeyin nəzərdə tutulmadığını bildiriblər. Komitə rəhbəri isə Ermənistanın ərəb bazarına girdiyini və bunun məcburi olduğunu qeyd edib. Lakin sözügedən məsələ ermənilər arasında təşviş yaradıb. İnsanların bir qismi bu tapşırığı 300 min azərbaycanlının yaxın zamanda Ermənistana köçünə hazırlıq kimi dəyərləndiriblər.

İqtisadiyyat Nazirliyinin sözçüsü isə Gevorqyanın əskinə bunun məcburi olmadığını bildirib. O, Ərəb körfəzindən gələcək turistlər üçün halal yeməklər və ibadət otaqlarının hazırlanmasının nəzərdə tutulduğunu deyib”.


SON XƏBƏRLƏR