• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

BMT:İsrailin Qəzzaya yardımı əngəlləməsi beynəlxalq hüququ pozur

DÜNYA

10 Mart 2025 | 13:02

BMT: İsrailin Qəzzaya yardımı əngəlləməsi beynəlxalq hüququ pozur

İsrailin Qəzzaya hər cür yardımı əngəlləmək qərarı qəbul edilməz və beynəlxalq hüquqa ziddir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Təmin Əl-Xitan bildirib.

"İsrail hökuməti Fələstin xalqının əsas ehtiyacları əldə etməsinə mane olur. Qəzza xalqı atəşkəsdən sonra yenidən çətin bir dövrlə üz-üzədir. Sizcə, İsrailin bu addımı kollektiv cəza və beynəlxalq hüququn pozulmasıdırmı?",- Ali Komissarlığının sözçüsü qeyd edib.

O, İsrailin Qəzzada əhalini bütün imkanlar, lazımi ərzaq və tibbi ləvazimatlarla təmin etməli olduğunu vurğulayıb.

"Münaqişənin bütün tərəfləri humanitar yardımın sürətli və maneəsiz keçməsinə icazə verməli və asanlaşdırmalıdır",- Əl-Xitan əlavə edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR