• Bakı 10° C

    13.67 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Meksikada 750-dən çox narkotik laboratoriyası məhv edilib

DÜNYA

09 Aprel 2025 | 12:53

Meksikada 750-dən çox narkotik laboratoriyası məhv edilib

Meksika prezidenti Klaudiya Şeynbaumun səlahiyyət müddətinin ilk altı ayında kartellərə məxsus 750-dən çox narkotik laboratoriyası ləğv edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın Təhlükəsizlik naziri Ömər Qarsiya Harfux gündəlik mətbuat konfransında qeyd edib.

Nazir bu əməliyyatların cinayət təşkilatlarına, xüsusən də metamfetamin istehsal edənlərə milyonlarla dollar itki ilə nəticələndiyini söyləyib.

O, narkotik istehsalı ilə mübarizə çərçivəsində ölkədə 17 ştatda metamfetamin istehsal edilən 750-dən çox gizli laboratoriya və toplama sahəsinin ləğv edildiyini, cinayətlərlə bağlı 17 min 258 nəfərin saxlanıldığını bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR