• Bakı 21° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Paşinyan: Müharibə olmayacaq, sülh olacaq

DÜNYA

09 May 2025 | 11:31

Paşinyan: Müharibə olmayacaq, sülh olacaq

Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir və biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”, - o bildirib.

Paşinyan həmçinin diqqəti tarixi Ermənistana yox, real Ermənistana yönəltməyin və gələcək nəsillər üçün xoşbəxt və azad dövlət qurmağın vacibliyini qeyd edib.


SON XƏBƏRLƏR

08 May 2025