• Bakı 10° C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Tramp: Almaniya müflis olub

DÜNYA

09 Aprel 2025 | 09:11

Tramp: Almaniya müflis olub

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Almaniya hökuməti yaşıl enerji ilə eksperimentləri ilə ölkəni, demək olar, müflisləşməyə gətirib çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısı Ağ evdə çıxışı zamanı bildirib.

“Almaniya yaşıl oldu, çox yaşıl. Onlar o qədər yaşıl oldular ki, demək olar, müflis oldular. Almaniyanın sonu gəldi”, – o söyləyib.

“Onlar külək enerjisinə keçdilər. Külək çox güclü əsmirdi. Onlar başqa şeylərə keçdilər. Bilirsiniz, bu yeni yaşıl fırıldaqçılıq Almaniyaya da zərbə vurdu. Təxmin edin, nə oldu? İndi onlar kömürə qayıdıblar”, – Tramp əlavə edib.

“Onlar Almaniyanın hər yerində kömür elektrik stansiyaları açırlar. Biz bunu etməyən yeganə ölkəyik. Mən buna gözəl təmiz kömür deyirəm. Mən öz adamlarıma deyirəm: heç vaxt “kömür” sözünü işlətməyin, əgər onun qarşısında “gözəl” və “təmiz” sözləri yoxdursa. Beləliklə, biz ona gözəl təmiz kömür deyirik”, – Ağ evin sahibi vurğulayıb.

Daha sonra o, ölkənin kömür sənayesini dəstəkləməyə yönəlmiş dörd fərman imzalayıb.

Sənədlər kömür hasilatı və ixracının həcminin artırılmasına, bu sahədə müxtəlif məhdudiyyətlərin zəiflədilməsinə yönəlib. Bundan başqa, dövlət başçısı bu yanacaq növünün hasilatı ilə məşğul olan şirkətlərin bir çox federal ərazilərdə işləməsinə qoyulan qadağanı aradan qaldırıb.


SON XƏBƏRLƏR