• Bakı 18° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib

DÜNYA

08 May 2025 | 23:43

Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsində vasitəçilik etməsini istəyib.

Ərdoğan isə ABŞ-dan Qəzza zolağında atəşkəsin əldə edilməsinə yardım etməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti ABŞ və Türkiyə prezidentləri arasında aparılan danışıqların təfərrüatlarına dair yazıda qeyd edib.

Türkiyə prezident administrasiyası Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün birgə səylər barədə razılığa gəldiyini rəsmən açıqlayıb. Ərdoğan danışıqların özünü məhsuldar adlandırıb.

"Hurriyet"in yazdığı kimi, Donald Tramp Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoq aparmaq qabiliyyətini qeyd edib. Tramp türkiyəli həmkarını vasitəçi kimi fəaliyyətə dəvət edib.

Prezidentlər arasındakı danışıq mayın 5-də baş tutub. (Modern.az)


SON XƏBƏRLƏR

08 May 2025