• Bakı 21° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“HƏMAS” İsrail ordusunu hədələdi

DÜNYA

07 Iyun 2025 | 19:02

“HƏMAS” İsrail ordusunu hədələdi

Fələstinin “HƏMAS hərəkatı Qəzza zolağındakı israilli girovlardan birini İsrail Müdafiə Qüvvələrinin (IDF) onun saxlandığı yerə yaxınlaşdığı zaman öldürməklə hədələyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı - “İzzəddin əl-Qəssam briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə bəyanat yayıb.

“İsrail hərbçiləri girov Matan Zanqaukerin saxlandığı yeri mühasirəyə alıb və biz təsdiq edirik ki, onlar onu sağ-salamat azad edə bilməyəcəklər. Onun ölümünə görə bütün məsuliyyəti İsrail ordusu daşıyacaq”, - o yazıb.

Girovun dəqiq harada saxlandığı barədə məlumat verilmir.

Qeyd edək ki, son üç gündə İsrail ordusu Qəzza zolağında radikallar tərəfindən qaçırılan üç girovun qalıqlarını aşkar edib.


SON XƏBƏRLƏR