Almaniya kansleri Fridrix Mertz pisləşən miqrasiya böhranı ilə əlaqədar milli fövqəladə rejim tətbiq etməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Die Welt” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Əsas tədbirlərə qaçqınlara sığınacaq verilməsindən imtina etməyə imkan verən Avropa İttifaqının Fəaliyyəti haqqında Müqavilənin 72-ci maddəsinin aktivləşdirilməsi, sərhəd nəzarətinin gücləndirilməsi və deportasiya prosedurlarının sürətləndirilməsi daxildir.
Bundestaq seçkiləri öncəsi keçirilən “YouGov” sorğusunun nəticələrinə görə, almanların 31%-nin əsas problemi miqrasiya olub. İkinci yerdə iqtisadiyyat və inflyasiya (26%), üçüncü yerdə sosial təminat (16%) gəlir.