• Bakı 10° C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Avstraliyada tropik xəstəlik: Ölənlərin sayı 26-ya çatdı

DÜNYA

09 Aprel 2025 | 12:07

Avstraliyada tropik xəstəlik: Ölənlərin sayı 26-ya çatdı

Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında intensiv yağıntılardan sonra yayılan tropik xəstəlik- melioidoz sürətlə yayılır.

Bakıvaxtı.az bu barədə ölkə mediaslna istinadla xəbər verir.

Bildirilib ki, melioidoz xəstəliyi səbəbilə həyatını itirənlərin sayı 26 nəfərə yüksəlib.

Kvinslend Ştatının Səhiyyə Nazirliyi tərəfindən yayımlanan son məlumatlara görə, son bir həftə ərzində xəstəliyə 10 yeni yoluxma halı qeydə alınıb və bu hallardan biri ölüm ilə nəticələnib.

Mütəxəssislər xəbərdarlıq edir ki, güclü yağışlardan sonra bakteriyaların havaya qarışaraq nəfəs yolu ilə insana keçmə riski artır. Rəsmilər isə bölgə sakinlərini xüsusilə daşqınlardan sonra gigiyenik qaydalara ciddi əməl etməyə çağırır.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

17 Aprel 2025