• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

ABŞ USAID proqramlarının 83%-ni ləğv edir

DÜNYA

10 Mart 2025 | 14:25

ABŞ USAID proqramlarının 83%-ni ləğv edir

ABŞ USAID-in proqramlarının 83%-i ləğv edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio “X”də etdiyi paylaşımda bildirib.

Marko Rubio bildirib ki ABŞ 6 həftəlik araşdırmadan sonra USAID-dəki proqramların 83%-ni rəsmi olaraq ləğv edir: “6 həftəlik araşdırmadan sonra biz USAID-dəki proqramların 83%-ni rəsmi olaraq ləğv edirik.

Hazırda ləğv edilən 5200 müqavilə on milyardlarla dolları ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən (və bəzi hallarda hətta zərər vuran) yollara xərcləyib. Konqreslə məsləhətləşərək biz davam etdirdiyimiz proqramların qalan 18%-nin (təxminən 1000) Dövlət Departamenti nəzdində daha effektiv şəkildə idarə olunmasını nəzərdə tuturuq”.

Dövlət katibi prosesesdə iştirak edən İlon Mask rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi Departamentinə (DOGE) təşəkkür edib.


SON XƏBƏRLƏR