Qəzzada 60 min uşaq düzgün qidalanmaması səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Qəzza zolağında 60 min uşaq qida çatışmazlığı səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşir”,- məlumatda qeyd edilib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Epidemiya xəstəlikləri üçün zəruri peyvəndlərin, xüsusən də uşaqlar üçün poliomielit peyvəndlərinin çatdırılmasına mane olmaqda davam edir. Bunu nəzərə alsaq, sağlam qida mənbələrinin və içməli suyun olmaması sağlamlıq problemlərini daha da artıracaq”.
Əli Hüseynov