• Bakı 22° C

    2.39 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

DÜNYA

09 May 2025 | 13:50

Tanınmış müğənni xəstəxanaya yerləşdirildi

Türkiyənin tanınmış müğənnisi Nazan Öncel xəstəxanaya yerləşdirilib.

Bakıvaxt.az xəbər verir ki, bu barədə ifaçının özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığını deyən 69 yaşlı N.Öncel müayinəsində angioqrafiya mərhələsinə keçildiyini bildirib.

Sabahkı konsertinin təxirə salındığını söyləyən müğənni vurğulayıb:

"Sabah axşam üçün planlaşdırılan konsertə görə sizə üzrxahlıq borcum var. Biletləriniz keçərlidir. Lütfən bağışlayın".


Tanınmış müğənni xəstəxanaya yerləşdirildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR