• Bakı 24° C

    0.66 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Gürcüstanda Türkiyə və Moldova vətəndaşları saxlanıldı

DÜNYA

08 Iyun 2025 | 12:54

Gürcüstanda Türkiyə və Moldova vətəndaşları saxlanıldı

Acarıstanda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç Moldova və dörd Türkiyə vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əcnəbilərin yaşayış yerlərində aparılan axtarışlar nəticəsində külli miqdarda və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr: metadon, mefedron, preqabalin, marixuana, həmçinin xüsusi təchiz olunmuş istixanalarda bitən çətənə kolları aşkar edilərək götürülüb.

Maddi sübut kimi işə elektron tərəzi və dərmanların qablaşdırılması üçün lazım olan müxtəlif materiallar, istixanalardan alınan avadanlıqlar əlavə edilib.

Nazirlikdən bildirilib ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi və saxlanılması, narkotik vasitələrin qanunsuz satışına cəhd, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz becərilməsi faktları üzrə araşdırmalar davam etdirilir.

Günahları sübuta yetirilərsə, təqsirləndirilən şəxsləri 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.


SON XƏBƏRLƏR

07 Iyun 2025