• Bakı 27° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Dağıstanda sudan 110 nəfər zəhərləndi

DÜNYA

08 Iyul 2025 | 11:45

Dağıstanda sudan 110 nəfər zəhərləndi

Dağıstanda sudan kütləvi zəhərlənmə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Bildirilib ki, hadisə Dağıstanın Maqaramkent rayonunda baş verib, əksəriyyəti uşaq olmaqla 110 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, Dağıstanın beş yaşayış məntəqəsinin - Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent sakinlərində bağırsaq infeksiyası halları aşkar edilib.

İlkin məlumata görə, zəhərlənmə infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır.

Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb.


SON XƏBƏRLƏR