ABŞ Prezidenti Donald Tramp yaxın zamanda Rusiya Prezidenti Vladimir Putinlə görüş ehtimalının yüksək olduğunu açıqlayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Belə ki, Tramp Moskvada keçirilən ABŞ-Rusiya danışıqlarını məhsuldar adlandıraraq Rusiya-Ukrayna müharibəsinin tezliklə sona çatmasını istədiyini bildirib.
O, görüş yerinin hələ müəyyənləşmədiyini, lakin yaxın zamanda baş tuta biləcəyini vurğulayıb.
Ağ Evin sözçüsü rus tərəfinin görüş istədiyini və Trampın həm Putin, həm də Zelenski ilə görüşə açıq olduğunu deyib.
Əli Hüseynov