• Bakı 24° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

ABŞ-ın gizli əməliyyatı: Kim Çeni dinləyərkən atışma oldu

DÜNYA

06 Sentyabr 2025 | 01:14

ABŞ-ın gizli əməliyyatı: Kim Çeni dinləyərkən atışma oldu

ABŞ Hərbi Dəniz Qüvvələri 2019-cu ildə Şimali Koreyada gizli əməliyyat keçirməyə cəhd edib.

Bakıvaxtı.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Missiyanın məqsədi Kim Çenin nüvə problemi ilə bağlı ABŞ Prezidenti Donald Trampla təmasları zamanı onun kommunikasiya sistemini dinləmək məqsədilə elektron qurğu quraşdırmaq olub. Telefon dinləmələri Vaşinqton üçün strateji əhəmiyyət daşıyıb.

Gecə sualtı geyimdə qayalıq sahilə enən xüsusi təyinatlılar Şimali Koreyanın qayığı ilə qarşılaşıblar. Onlar təqibdən qorxaraq atəş açıblar və ekipajı öldürüblər. Lakin tapşırığı yerinə yetirə bilməyib geri çəkiliblər.

Əməliyyat barədə nə ABŞ, nə də KXDR məlumat yayıb.

“Nyu York Tayms” missiya haqqında vəziyyətlə tanış olan rəsmilər və hərbçilərlə müsahibələrdən öyrənib.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025