Əfqanıstanın şərqində 5,2 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələ 200 min əhalisi olan Cəlalabad şəhərindən 39 kilometr, Pakistanın Pişəvər şəhərindən 107 kilometr aralıda baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.