Slovakiyanın Baş naziri Robert Fitso Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasını dəstəkləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Dennik N" nəşri Fitso ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra məlumat yayıb.
"Fitso Ukraynanın təhlükəsizlik təminatlarını və Aİ-yə daxil olmasını dəstəkləyib. O, yaxşı və mehriban qonşuluq münasibətləri istədiyini bildirib", - məqalədə deyilir.
Slovakiyanın Baş naziri həmçinin Ukraynaya "yaxşı və ədalətli sülh, həmçinin çox yaxşı Avropa perspektivi" arzulayıb.
Nəşr Fitsodan sitat gətirib: "Slovakiya Respublikası kiçik ölkə kimi bunda həlledici rol oynaya bilməz, lakin biz atəşkəs və sülhə gətirib çıxaran bütün təşəbbüsləri dəstəkləyirik".