• Bakı 23° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Zelenski: Amerika biznesinin Ukraynada olması bizim üçün çox vacibdir

DÜNYA

05 Sentyabr 2025 | 23:21

Zelenski: Amerika biznesinin Ukraynada olması bizim üçün çox vacibdir

Amerika biznesinin Ukraynada olması bizim üçün çox vacibdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" hesabındakı paylaşımda qeyd edib.

Rusiya tərəfindən hücuma məruz qalan "Flextronics" (Mukaçevo) fabrikinin fəaliyyətini yenidən bərpa edilməsi istiqamətində lazım olan hər şeyi edəcəklərini bildirən Ukrayna Prezidenti ABŞ investisiyasının ölkəsi üçün əhəmiyyətli olduğunu qeyd edib.

Xatırladaq ki, sözügedən fabrik ABŞ investisiyalı elektronika istehsalı zavodudur. Avqustun 21-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı hava hücumu həyata keçirib və raketlərdən biri "Flextronics" zavoduna düşüb. Bu hücumda 17 nəfər yaralanıb, onlardan bəziləri hələ də xəstəxanadadır.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025