ABŞ Azərbaycan qazını Ukraynaya nəql edən infrastrukturun Rusiya tərəfindən hədəfə alınmasını qınayıb.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Dövlət Departamenti hücumları “qəbuledilməz” adlandırıb.
“Rusiya dərhal dayanmalıdır. Prezident Trampın sülhə bu qədər dəstək verməsinin səbəbi müharibənin yol açdığı insan itkisidir. Ölüm və dağıntılar dayandırılmalıdır”, - Dövlət Departamentindən bildirilib.
Qeyd edək ki, avqustun 6-da Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına hücum edib. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur.