• Bakı 25° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Bu sammit 16 ildən sonra ABŞ-də keçiriləcək

DÜNYA

06 Sentyabr 2025 | 09:25

Bu sammit 16 ildən sonra ABŞ-də keçiriləcək

2026-cı ildə keçiriləcək G20 sammiti ABŞ-də baş tutacaq.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı məlumat verib.

Trampın sözlərinə görə, G20 sammitinin keçiriləcəyi şəhər Mayami olacaq:

“Təxminən son 20 ildə ilk dəfədir ki, ABŞ G20 sammitinə ev sahibliyi edəcək. Biz bu tədbiri ölkəmizin ən möhtəşəm şəhərlərindən biri olan, Florida ştatındakı gözəl Mayamidə keçirəcəyik”, – o vurğulayıb.

Qeyd edək ki, sözügedən sammit 2009-cu ildə ABŞ-nin Pensilvaniya ştatının ikinci ən böyük şəhəri Pittsburqda baş tutmuşdu.

Xatırladaq ki, bu ilin noyabrında G20 sammitinə Cənubi Afrika ev sahibliyi edəcək.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025