Qəzza zolağında İsrailin davam edən blokadası və hücumları nəticəsində aclıqdan ölənlərin sayı 460-a yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, həyatını itirənlərin 154-ü uşaqlardır.
BMT-nin dəstəklədiyi hesabatda qeyd olunur ki, avqustun 22-dən bu yana 182 nəfər aclıq və qida çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Qeyd olunub ki, Qəzzada humanitar böhran dərinləşib, su, dərman və ərzaq qıtlığı kəskinləşib.
İsrail ordusunun davam edən hücumları və blokadası fələstinliləri ağır şəraitdə yaşamağa məcbur edir.
Əli Hüseynov