Avropa İttifaqının (Aİ) nümayəndələri Vaşinqtona səfər zamanı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Avropa rəsmilərindən ibarət komanda sentyabrın 8-də ABŞ-ın Maliyyə Nazirliyinə səfər edərək Rusiyaya iqtisadi təzyiqin müxtəlif formalarını, o cümlədən yeni sanksiyaları müzakirə edəcək.
Qeyd olunub ki, nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə elçisi David O'Sullivan başçılıq edəcək .
Mina Mikayılova