Texnologiya nəhəngi "Apple" ABŞ-də istehsal və təchizat zəncirini gücləndirmək məqsədilə 100 milyard dollarlıq investisiya proqramına başlayır.
Bakıvaxtı.az xəbər verir ki, şirkət yeni sərmayə ilə Amerika İstehsalat Proqramını işə salaraq ölkədə qabaqcıl texnologiyalar sahəsində inkişafı hədəfləyir.
Növbəti 4 ildə bu investisiyalarla "Apple"-nin ABŞ-yə ümumi sərmayəsi 600 milyard dollara çatacaq.
Şirkət 20 min yeni iş yeri yaradacağını, əsasən süni intellekt, proqram təminatı və mühəndislik sahələrinə fokuslanacağını bildirib.
Məlumata görə, bu təşəbbüs digər qlobal şirkətləri də ABŞ-də istehsala təşviq etməyi nəzərdə tutur.
Əli Hüseynov