Rusiya Müdafiə nazirliyi gecə saatlarında Ukraynaya məxsus 158 pilotsuz uçuş aparatını vurub.
Bakıvaxtı.az bu barədə nazirliyin yaydığı məlumata istinadən xəbər verir.
Belə ki, onlardan 67-si Krasnodar, 29-u Rostov, 11-i Voronej, 10-u Kursk, 5-i Belqorod, 2-i Penza, 1-i Saratov, 1-i Orlov səmaları üzərində vurulub.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya), hücum cəhdlərindən qaynaqlanan səbəblərdən ölkənin bəzi hava limanlarında uçuşların müvəqqəti olaraq dayandırıldığını və məhdudiyyətin bir müddət sonra qaldırılacağını açıqlayıb.
Əli Hüseynov