Suriya Müdafiə Nazirliyi Latakiya və Tartus əyalətlərində Əsəd rejiminin tərəfdarlarını hədəf alan hərbi əməliyyatın başa çatdığını açıqlayıb.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin sözçüsü Həsən Əbdül Qani bildirib.
"Qüvvələrimiz Latakiya və Tartus əyalətlərinin bir sıra şəhərlərində rejim qalıqlarını zərərsizləşdirə bilib. Buna nail olduqdan sonra hərbi əməliyyatın başa çatdığını elan edirik", - məlumatda qeyd edilib.