Yaponiya Hind-Sakit okean regionunda sülhün davamı üçün Kanada ilə əməkdaşlığını davam etdirəcək
Bakıvaxtı.az Kyodo News-un məlumatına istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hayaşi Yoşimasa bildirib.
Baş katib qeyd edib ki, Yaponiya və Kanada arasında əlaqələrin gücləndirilməsi vacibdir. O, Kanadanın Yaponiya ilə azadlıq, demokratiya, insan hüquqları və hüququn aliliyi kimi ortaq dəyərləri paylaşdığını vurğulayıb.
"Kanada ilə dünya və regional sülhün sabitliyini təmin etmək üçün əməkdaşlıq edəcəyik", – deyə Hayaşi əlavə edib.
O, həmçinin G7 ölkələrinin birliyini qorumaq üçün Kanadayla işləyəcəklərini bildirib.
Qeyd edək ki, Bu il G7 Liderlər Zirvəsi Kanadada keçiriləcək.
Əli Hüseynov