Hindistanın “Air İndia” aviaşirkəti ABŞ-a uçan təyyarənin tualetində “bomba təhlükəsi” olan not aşkar edildikdən sonra Mumbaya qayıdıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, təyyarə ətraflı şəkildə araşdırılıb, vəziyyətin nəzarət altına alındığı və uçuşun sabaha təxirə salındığı paylaşılıb.
Hindistan hökuməti yalan hesabat verənlərin "uçuşa qadağan" siyahısına salınması və təyyarələrdə hava marşallarının sayının artırılması da daxil olmaqla bir sıra addımları nəzərdən keçirdiyini bildirib.
Nuriyyə Musayeva
Göydə çaxnaşma: təyyarədə bomba təhlükəsi
DÜNYA
10 Mart 2025 | 14:32

SON XƏBƏRLƏR
09:48
12 Iyul 2026
Bakı 


