• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım

DÜNYA

09 Yanvar 2025 | 15:59

ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım

Amerika Birəşmiş Ştatları (ABŞ) Prezident Cozef Bayden administrasiyası dövründə Ukraynaya yeni və son yardım paketini elan edib.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

L.Ostin Almaniyada bəyan edib ki, yardımın məbləği 500 milyon dollar təşkil edəcək. Yardım paketinə Ukraynanın hava hücumundan müdafiə vasitələri üçün əlavə raketlər, "hava-hava" sinifli raketlər, həmçinin F-16 qırıcıları üçün avadanlıq və artilleriya mərmiləri daxildir.

"Mən burada, Ramştaynda Ukraynaya azad və təhlükəsiz şəraitdə yaşamaqda, həmçinin daha ədalətli və layiqli dünya qurmaqda kömək etmək üçün əlimdən gələni etməkdə qərarlıyam. Bizim birgə işimiz davam etməlidir", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026