Almaniyada hökumətin açıqladığı hesabata görə, ölkədə yaşlı əhalinin sayı sürətlə artır.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Bildirilib ki, 80 yaşdan yuxarı əhalinin yaxın illərdə daha da artacağı, 6 milyon nəfər olan 80 yaşdan yuxarı əhalinin 2050-ci ilə qədər 8-10 milyona çatacağı bildirilib.
250 səhifəlik hesabatda əhalinin yaşlandıqca qayğıya ehtiyacı olan yaşlı əhalinin sayının artacağına diqqət çəkilir və həmçinin yaşından asılı olmayaraq qayğıya ehtiyacı olan insanların sayının 5,7 milyondan artacağı təxmin edilir.
Nuriyyə Musayeva