• Bakı C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.7524

    RUB - 1.6268

Oğlunun arzusunu ürəyində qoydu

ŞOU

09 Yanvar 2025 | 14:37

Oğlunun arzusunu ürəyində qoydu

Əməkdar artist Yusif Mustafayev adını yeni doğulan nəvəsinə qoymağa icazə verməyib.

Bakıvaxtı.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, oğlu Tərlanın bu istəyini ürəyində qoyub:

"Bizim kənddə adam yaşayırsa, adı nəvəsinə qoymurlar. Adam dünyasını dəyişəndə adı qoya bilərlər. Bu vaxta qədər adımın nəvələrimə qoyulmasına imkan verməmişdim. Oğlum Tərlan gəldi ki, bu dəfə etməliyik. İcazə verdim, amma səhərə kimi yata bilmədim. Səhər yuxudan oyandım və oğluma dedim ki, get uşağın adını dəyiş. Tərlan dedi, ata, yox. Dedim, mən yaşamaq istəyirəm".

Qeyd edək ki, Y.Mustafayevin 3 övladı, 10 nəvəsi var. 


SON XƏBƏRLƏR

09 Yanvar 2025