Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yerlan Sarsembayevi ədliyyə naziri təyin etməsi haqqında fərman imzalayıb.
Bu barədə Bakıvaxtı.az “Akordaya” istinadən xəbər verir.
Yerlan Sarsembayev 1975-ci ildə anadan olub. O, 2023-cü il yanvarın 1-dən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
***
15:30
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ədliyyə naziri Azamat Yeskarayevi vəzifəsindən azad edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İstefanın səbəbləri açıqlanmayıb.
A.Yeskarayev bu vəzifəyə 2023-cü ilin yanvarında təyin olunmuşdu.