• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gürcüstanın spikeri Aİ rəsmilərini ikiüzlülükdə günahlandırıb

DÜNYA

08 Fevral 2025 | 17:34 | Müəllif: Gülşən Şərif

Gürcüstanın spikeri Aİ rəsmilərini ikiüzlülükdə günahlandırıb

 Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında Avropa İttifaqının Ali Nümayəndəsi/Avropa Komissiyasının vitse-prezidenti Kaia Kallasi və genişlənmə üzrə Avropa komissarı Marta Koscinin Gürcüstandakı mövcud vəziyyətlə bağlı bəyanatlarına cavab verib.

Bakıvaxtı.az xəbər verir ki, Ş.Papuaşvili onları ikiüzlülükdə günahlandırıb.

“Səhvləri etiraf etmək, zorakı etirazları pisləmək və Avropa Demokratiya Fondunun (EED) maliyyəsini açıqlamaq əvəzinə, Gürcüstana qarşı məlumatsız və əsassız ittihamlar irəli sürmək yersiz və ədalətsizdir.

Avropa İttifaqının ATƏT/DTİHB-nin seçki hesabatını tanımayan qurumlarının rəhbərlərinin ATƏT/DTİHB-nin qanunlarla bağlı gələcək hesabatlarını nəzərə almağa çağırması ikiüzlülükdür”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026