• Bakı C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.8412

    RUB - 1.8889

Bəkayi: İran Trampdan məktub almayıb

DÜNYA

10 Mart 2025 | 16:32

Bəkayi: İran Trampdan məktub almayıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmi və regional inkişaflarla bağlı açıqlamalar verib.

Bakıvaxtı.az xəbər verir ki, Bəkayi Trampın İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərdiyini iddia etməsi ilə bağlı suala cavab olaraq heç bir məktubun gəlmədiyini bəyan edib.

ABŞ-lə danışıqlar ehtimalına toxunan Bəkayi vurğulayıb: 

"ABŞ tərəfinin danışıqlar və ya müharibə dilemmasını irəli sürməsi onların danışıqlar mövzusunda ciddi olmadığını göstərir. İran heç vaxt belə danışıqlara razı olmayıb. Təzyiq altında danışıqların mənası yoxdur. İranın mövqeyi tamamilə aydındır".

Bəkayi əlavə edib ki, İran heç vaxt danışıqlara tam şəkildə qapını bağlamayıb:

"Lakin biz təzyiq və hədə-qorxuya əsaslanan bir danışıqlar təklifini qəbul etmirik, çünki bunu prinsip etibarilə danışıqlar kimi görmürük".

Nüvə məsələsində Avropa ölkələri ilə danışıqları davam etdirdiklərini bildirən Bəkayi mart ayının sonunda müzakirələrin ekspertlər səviyyəsində davam etdiriləcəyini qeyd edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR