Ukrayna hökuməti ABŞ ilə qalıq yanacaqlar üzrə sazişin hazırlanması üçün konsaltinq xidmətləri üçün ehtiyat fondundan 113 milyon qrivna (2,7 milyon dollar) ayırıb.
Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, sənəddə həmçinin Maliyyə Nazirliyinə aprelin 15-dək Kiyevin Amerika tərəfi ilə saziş üzrə danışıqlar mövqelərinin hazırlanmasına məsləhətçilərin cəlb olunmasını təmin etmək tapşırılıb.
Qeyd olunub ki, iqtisadiyyat və ədliyyə nazirlikləri üç gün müddətində Maliyyə Zazirliyi ilə razılaşdırmaqla, tədbirlərin həyata keçirilməsi ilə bağlı xərclərin siyahısını təsdiq etməlidirlər.
Gülşən Şərif