• Bakı 17° C

    3.8 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Özbəkistanda binada partlayış: 6 ölü

DÜNYA

09 May 2025 | 14:55

Özbəkistanda binada partlayış: 6 ölü

Özbəkistanın Səmərqənd şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində 6 nəfər ölüb.

Bakıvaxtı.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 8-dən 9-na keçən gecə Spitamen küçəsindəki çoxmənzilli yaşayış binalarından birində baş verib.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Partlayışdan sonra yanğın olmasa da, binanın üç mərtəbəsi və zirzəmisi tamamilə dağılıb.

Faciə yerində təcili tibbi yardım qərargahı fəaliyyət göstərir. Dağıntılar altından altı nəfərin meyiti tapılıb.

Hadisə ilə bağlı ilkin istintaqa başlanılıb. Hadisənin səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.


SON XƏBƏRLƏR