Moskvanın Domodedovo və Jukovski hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rosaviasiya”dan məlumat verilib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Domodedovo və Jukovski hava limanlarına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda qeyd olunub.