• Bakı 22° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1625

Keçmiş müdafiə naziri müavininə yeni dələduzluq ittihamı

DÜNYA

08 Iyul 2025 | 14:00

Keçmiş müdafiə naziri müavininə yeni dələduzluq ittihamı

Rusiya müdafiə nazirinin keçmiş müavini general Pavel Popova "Patriot" parkının inkişafı zamanı mənimsəmə ilə bağlı cinayət işinin araşdırılması çərçivəsində əlavə ittihamlar irəli sürülüb.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu, İstintaq Komitəsinin məlumatından irəli gəlir.

Məlumatda müdafiə nazirinin keçmiş müavininin ehtimal olunan cinayət ortaqları - "Patriot" parkının direktoru Vyaçeslav Axmedov və Müdafiə Nazirliyinin innovativ inkişaf baş idarəsinin rəis müavini general-mayor Vladimir Şesterovun işlərinin məhkəməyə göndərildiyi bildirilir. Hər ikisi araşdırma zamanı dələduzluq və vəzifədən sui-istifadədə təqsirli olduqlarını etiraf ediblər.

P.Popova xüsusilə böyük məbləğdə dələduzluqdan əlavə olaraq, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, qanunsuz silah dövriyyəsi ittihamları da irəli sürülüb.

İstintaq Komitəsindən bildirilib ki, P.Popov ilə bağlı araşdırma davam edir.

İstintaqın versiyasına görə, 2022-2024-cü illərdə Popov, Şesterov və Axmedov "Patriot" parkında yerinə yetirilmiş tikinti işləri haqqında sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə 25 milyon rubldan çox pul mənimsəyiblər.


SON XƏBƏRLƏR