• Bakı 29° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9844

    RUB - 2.125

Azərbaycana gətirilən ukraynalı uşaqların Qəbələyə ekskursiyası təşkil edilib

DÜNYA

07 Avqust 2025 | 12:55

Azərbaycana gətirilən ukraynalı uşaqların Qəbələyə ekskursiyası təşkil edilib

Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilərək reabilitasiya tədbirlərinə cəlb edilən 30 ukraynalı uşaq üçün ekskursiyalar təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Qeyd edilib ki, onlar "Qəbəland” Əyləncə Mərkəzi və Nohurgöllə aparılıb, Qəbələnin təbiət gözəllikləri ilə tanış olub, həmçinin əyləncə mərkəzində maraqlı vaxt keçiriblər.

Ukraynalı uşaqların reabilitasiya müddəti ərzində ölkənin digər regionlarına da səfərləri təşkil ediləcək.


SON XƏBƏRLƏR

06 Avqust 2025