• Bakı 25° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Husilərin kimyəvi silahdan istifadə cəhdləri cavabsız qalmayacaq

DÜNYA

06 Sentyabr 2025 | 12:30

Husilərin kimyəvi silahdan istifadə cəhdləri cavabsız qalmayacaq

İsrail husilərin öz vətəndaşlarına qarşı kimyəvi silahdan istifadə cəhdlərinə cavab verməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman TASS-a bildirib.

"Biz vətəndaşlarımızın təhlükəsizliyinə yönəlmiş istənilən təhdidlərə cavab verəcəyik", - o, Yəməndəki husilərin kimyəvi silah istehsalına başlaması barədə məlumatları şərh edərkən vurğulayıb.

Daha əvvəl Yəmənin informasiya naziri Müəmmar əl-İryani bildirmişdi ki, ölkə ərazisinin bir hissəsinə nəzarət edən husilər İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş komponentlərdən istifadə edərək kimyəvi silah hazırlayırlar.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025