• Bakı 20° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Türkiyə XİN: 14 vətəndaşımızın İsraildən geri qaytarılması üçün çalışırıq

DÜNYA

06 Oktyabr 2025 | 12:07

Türkiyə XİN: 14 vətəndaşımızın İsraildən geri qaytarılması üçün çalışırıq

Türkiyə İsraildəki 14 vətəndaşının sabah vətənlərinə qaytarılması üçün çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hələ də İsraildə saxlanılan 14 vətəndaşımızın sabah İordaniya üzərindən (7 oktyabr) ölkəmizə gətirilməsi üçün səylərimiz davam edir. İsrail qüvvələri tərəfindən bloklanan Beynəlxalq Sumud Flotilyasında olan vətəndaşlarımızdan 36-sı 4 oktyabrda həyata keçən təyyarə reysi vasitəsilə ölkəmizə sağ-salamat qayıdıb”- Türkiyə XİN sözçüsü Ömcü Keçeli bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qəzzaya humanitar yardım daşıyan Sumud flotilyası İsrail qüvvələri tərəfindən saxlanılmış və flotilyada olan aktivistlər nəzarətə götürülmüşdü.


SON XƏBƏRLƏR

05 Oktyabr 2025